TİBBİ GÖRÜNTÜLƏMƏ

$slug

 Tibbi Görüntüləmə Şöbəsi

Bakı Sağlamlıq Mərkəzinin Tibbi Görüntüləmə şöbəsində qabaqcıl tibbi texnologiyalar ilə xəstələrə xidmət göstəririk.

Tibbi Görüntüləmə şöbəmizdə görüntüləmə cihazlarımız :

  • MRT
  • KT
  • 2 rəqəmsal Rentgen müayinə kabineti
  • Ultrasəs müayinə və Doppler ultrasəs müayinə kabinetləri

               MRT (Maqnit Rezonans Tomoqrafiya) nədir?

        Maqnit Rezonans Tomoqrafiya insanın daxili quruluşuna baxmaq üçün daha çox tibbdə istifadə edilən, maqnit dalğa ilə çalışan bir müayinə üsuludur. Bədənimiz üzvi maddələrdən və sudan ibarətdir və bu birləşmələrin molekulyar quruluşunda hidrogen atomları daha çox yer alır. MRT bədənimizin böyük bir hissəsinin tərkibində mövcud olan (%63) hidrogen atomlarının  güclü bir maqnit sahəsi içində rezonansa uğradan radyofrekans (RF) dalğası ilə oyadılıb titrəməsindən əldə olunan siqnalların görüntüyə döndərilərək ekrana ötürən ən yüksək qabaqcıl radioloji görüntüləmə texnikasıdır.

MRT-də radiasion (rentgen) şüalar istifadə olunmur, onun əvəzinə istifadə olunan maqnit sahəsi organizmdəki hidrogen atomlarının nüvələrindəki protonları oyadır. Aparat tərəfindən göndərilən elektromaqnit impulslarına cavab olaraq atomlar siqnallar (rezonans) göndərir. Bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonanslar göndərir. MRT bu siqnalları toplayır və onlardan ağ-qara 3-ölçülü təsvirlər yaradır. Nəticədə orqanizm daxili yumşaq toxumaların dəqiq görüntüləri əldə edilir.

              KT ( Kompüter tomoqrafiya) nədir?

Kompüter tomoqrafiya  rentgen şüası istifadə edilməklə orqanizmin müayinə olunan hissəsinin dəqiq görüntüsünü çıxardan radioloji diaqnostika üsuludur.

Tomoqrafın skaneri insanın bədəninin ətrafında fırlanaraq müxtəlif nöqtələrdən çoxsaylı rentgen şəkilləri çəkir. Daha sonra bu şəkillər kompüter vasitəsi ilə cəmləşir və analiz olunur. Nəticədə müayinə olunan orqan və ya bədən hissəsinin 3-ölçülü təsviri alınır.

                           Rentgen müayinəsi

Rentgen müayinəsi rentgen şüalarından istifadə etməklə aparılan radioloji müayinə üsullarına aiddir. Bunun köməyi ilə həkim daxili orqan və strukturların təsvirini əldə edir və onlardakı dəyişiklikləri, məsələn, sümük sınıqlarını aşkar edə bilir. Xəstə, bədənin müayinə olunan hissəsindən asılı olaraq rentgen aparatı qaşısında ayaqüstə yaxud uzanmış vəziyyət alır. Bədənin həssas hissələri rentgen şüalanmasında qurğuşun örtüklərlə qorunur.

Bakı Sağlamlıq Mərkəzində 2 rəqəmsal rentgen kabineti fəaliyyət göstərir. Burada rentgen aparatı vasitəsi ilə bütün orqanların rentgen müayinəsi aparılır. Lazım olan nahiyələrin şəkli avtomatik çəkilir, aparatın monitoruna və kompüterin yaddaşına ötürülür.

                       Mammoqrafiya müayinəsi

Bakı Sağlamlıq Mərkəzində həmçinin mammoqrafiya müayinəsi  həyata keçirilir. Bu müayinə süd vəzində olan hər hansı kiçik dəyişikliyin belə aşkar olunmasında əvəzsiz müayinə metodudur. Mammoqrafiya müayinəsində rentgen şüaları vasitəsilə süd vəzi toxumasında olan dəyişiklikləri, vəzin ölçüləri və patoloji toxumanın xarakteri haqqında məlumat əldə etmək mümkündür.

                        Ultrasəs müayinəsi (USM)

Ultrasəs müayinəsi, ultrasəs dalğaları vasitəsi ilə orqanizmin yumşaq toxumalarının müayinəsidir. Ultrasəs müayinə cihazı yüksək tezlikli dalğalar əmələ gətirir və dalğalar toxumaların daxilinə nüfuz edir. Orqanlar və toxumalardan keçdikdə toxumanın sıxlığına uyğun olaraq rezonans dalğalar əks etdirilir. Bu dalğaları tənzimçidə xüsusi qurğu təsbit edir və onları təsvirə çevirir. Nəticədə həkim monitorda orqan və toxumaların kəsikdə olan təsvirini görə bilir.

                         Doppler Ultrasəs müayinəsi

Doppler ultasəs müayinəsində də ultrasəs müayinəsində olduğu kimi ultrasəs enerjisindən istifadə olunur. Xalq arasında “rəngli ultrasəs müayinəsi” olaraq tanınır. Doppler ultrasəs müayinəsi ilə boyun damarları, qol və ayaq damarları , daxili orqanların qanlanması və  bədənin hər hansı bir yerində olan törəmənin qanlanmasını dəyərlədirmək mümkündür. Arteriyalarda plaka (kirəclənməyə) bağlı daralma və tutulmalar, diseksiya (damarın daxili divarının yırtılması), anevrizma (damarın genişləməsi), qaraciyəri qanlandıran damarların xəstəliklərində (portal sistem), hipertaniya (yüksək təzyiq) və diabet xəstələrində böyrək arteriyası, Venalarda qapaq çatmamazlığı (varikoz), tromboz və s. xəstəliklərə baxılır. Qarın boşluğundakı damarları dəyərləndirmək üçün südəmər uşaqlarda əmzirməyə qədər, 5 yaşa qədər uşaqlarda 4 saatlıq,10 yaşa qədər olanlarda 6 saatlıq və böyüklərdə 12 saatlıq aclıq lazımdır.

                  Tiroid İncə İynə Biopsiyası.

Ultrasəs müayinəsi zamanı şübhəli görünən qalxanvari vəz düyünlərinin xoş və ya bədxassəli olduğunu ayırd etməkdə ən etibarlı müayinə metodudur və doğruluq payı 95%-dir. Düyünlərin biopsiyası poliklinika şəraitində, ultrasəs müayinəsi ilə bərabər aparılan, sadə, sürətli lazım olduqda təkrarlanabilən müayinə metodudur. Bu prosedura təbabətdə tətbiq olunduqdan sonra cərrahi əməliyyat edilən xəstələrin sayı 35-75% azalmışdır. Tiroid biopsiyasından öncə heç bir hazırlığa ehtiyac yoxdur. Prosedur çox nazik uclu iynə vasitəsilə aparıldığından ağrı çox az hiss olunur və hətta 10 mm düyünlərdən belə nümunə götürmək mümkündür. Məhz buna görə də anesteziyaya gərək yoxdur. İynə vasitəsilə düyünlərdən hüceyrə nümunəsi götürülür, həkim tərəfindən histologiyaya göndərilir və düyünün xoş və ya bədxassəli olduğu müəyyənləşdirilir. Biopsiyanın nəticəsi xoş xassəli gələrsə və xəstənin başqa şikayətləri olmazsa düyülər nəzarət altında saxlanılır və hər 6-18 aydan bir kontrol edilir. Düyünlər böyüməyə meyilli olduqda biopsiya təkrarlanır. Nəticə şübhəli və ya bədxassəli olduqda xəstəyə cərrahi müdaxilə təklif olunur.